Kişinyov, 16 aprel, AZƏRTAC
AZƏRTAC MOLDPRESS agentliyinə istinadla xəbər verir ki, Moldova Respublikasının Prezidenti Nikolae Timofti Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanı İrina Vlaxın hökumətin üzvü vəzifəsinə təsdiq edilməsi barədə fərman imzalayıb.
Elə həmin gün İrina Vlax Dövlət iqamətgahında Prezident Nikolae Timoftinin və Baş nazir Kirill Qaburiçin iştirakı ilə hökumətin üzvü kimi and içib.
Andiçmə mərasimindən sonra dövlət başçısının Qaqauz Yerinin başqanı ilə təkbətək görüşü olub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişinyov