Bakı, 16 aprel, AZƏRTAC
“Elektron hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən daha 4 e-arayış portal üzərindən istifadəyə verilib. Bu xidmətə rabitə xidmətlərinə görə borcun olmaması ilə bağlı, yaşayış yeri haqqında, FİN-ə görə (əvvəlki aylar ərzində aparılmış şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borc) fərdi məlumatların axtarışı və diplom haqqında məlumatlar haqqında arayışlar daxıldır.
Mərkəzdən AZƏRTAC-a bildirlib ki, e-arayışın elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür. E-arayışlar portal vasitəsilə avtomatik formalaşdırılır. Bunun üçün yalnız portala mövcud autentifikasiya vasitələri ilə daxil
olmaq kifayətdir.