"Ukraynanın şərqində hərbi əməliyyatları Turçinov başlatdı. Cənab Poroşenkonun isə danışıqlar aparmağa şansı var idi. O, öz vətəndaşları ilə danışıqlara gedə bilərdi. Ancaq etmədi".

Milli.Az Rusiya prezidenti Vladimir Putin canlı yayımda keçirdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, Ukrayanın hazırki hakimiyyəti hər dəfəsində səhvə yol verib. Üç dəfə hərbi əməliyyatlar başladılar, ancaq hər dəfə də Ukrayna ordusu üçün pis nəticələndi.

V.Putin daha sonra deyib ki, Ukrayna hakimiyyəti Donbass bölgəsində hərbi əməliyyatlara heç bir dəxli olmayan insanlara qarşı amansız rəftar edir: "Onları tamamən blokadaya salıblar. Onları bank sistemindən, təqaüdlərdən məhrum ediblər. Halbuki o insanlar 20 il ərzində müstəqil Ukraynada işləyiblər və təqaüd almaq haqları da var".

Milli.Az