Rusiya prezidenti Vladimir Putinin birbaşa efirdə ölkəsinin istehsal etdiyi S-300 raketlərinin qiymətini açıb.

ANS PRESS-in məlumatına görə, İrana satılması nəzərdə tutulan S-300 raketlərindən danışan rus lider deyib: “Rusiya Federasiyasında istehsal edilən S-300 raketlərinin qiyməti 1 milyard dollara yaxındır, 900 milyon dolardır. Hələ heç kim bunun pulunu ödəməyib”.

Onun sözlərinə görə, raket-zenit kompleksini embarqo üzündən İrana satmaq mümkün olmayıb.

İrana tərkibində 40 raket buraxan qurğu olan beş S-300PMU-1 divizionunun satışı barədə razılaşma 2007-ci ildə əldə edilib.

Qeyd edək ki, Rusiynın İrana S-300 raketləri satmağa qərar verməsi Ermənistanda ciddi narahatlıq doğurub. Erməni mətbuatı hazırda Rusiyada istehsalı dayandırılmış həmin raketlərin Ermənistandan çıxarılaraq İrana göndəriləcəyini bildirir.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin televiziya ilə ənənəvi birbaşa yayımla sualları cavablandırır.

Kreml rəhbəri Rusiya dövlət başçısı ənənəvi tədbirində ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatına aid olan, həmçinin beynəlxalq vəziyyətlə bağlı ən aktual suallara cavab verir. Mətbuat konfransı "Rossiya1", "Rossiya24", telekanalları, "Mayak" radiostansiyası, "FM Xəbərləri" və "Rusiya Radiosu" ilə canlı yayımlır.
Mənbə
ANS PRESS