Azərbaycanlı müğənni Niyam Salami yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, o, Türkiyənin tanınmış müğənnisi Ayşə Hatun Önalın repertuarından “Gum-gum” adlı bəstəni oxuyub: “Bu mahnı mənim janrıma uyğun olmasa da, oxumaq qərarına gəldim. Çünki ilk dəfə bu mahnını eşidən zaman xoşuma gəldi. Dərhal oxumaq qərarına gəldim. Ritmini, aranjemanını dəyşdirdim. Dostumuz Osmana aranjeman etdirdim. Əslində birinci dəfə idi ki, bu janrda oxuyurdum. Mahnıya qulaq asan sənətçi dostlarım zəng eləyib dedi ki, əhsən, sən bu mahnını partlatdın. Hətta mahnının ilk ifaçısından da gözəl oxumusan. Bu, həmkarlarımın fikirləridir. Çox sağ olsunlar. Amma mən özüm barədə yaxşı oxumuşam deyə bilmərəm. Yəni özümü tərifləməyi, “mən”, “mən” deməyi sevmirəm. Bu, mənim xarakterimə uyğun deyil”.

 

N.Salaminin ifasında “Gum gum” adlı mahnını təqdim edirik.