Bakı, 16 aprel, AZƏRTAC
Almaniyanın “Borussiya” (Dortmund) futbol klubunun yeni baş məşqçisi Tomas Tuxel ola bilər.
AZƏRTAC xəbər verir ki, klub rəhbərliyi 41 yaşlı mütəxəssisə 4 illik müqavilə üçün 20 milyon avro təklif edib.
Klubun idman direktoru Mixael Sork ötən il də T.Tuxellə danışıqlar aparmışdı. Artıq hazırkı baş məşqçi Yurgen Kloppun komandanı tərk etməsi dəqiqləşib. Y.Klopp 2008-ci ildə “Borussiya”ya məhz 41 yaşında baş məşqçi təyin edilmişdi. Onun əvvəlki komandası “Maynts” olmuşdu.