Qubadlıdan olan məcburi köçkünlərin kommunal problemlərinin həlli diqqətdə saxlanılır
Sumqayıt, 16 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətində aprelin 16-da cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yığıncağı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov açıb. Qeyd olunub ki, əvvəlki dövrlərdə olduğu kimi cari ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam edib, iqtisadi siyasətin inkişaf istiqamətləri üzrə əhəmiyyətli işlər görülüb, nəticədə ölkə əhalisinin rifah halı xeyli dərəcədə yaxşılaşıb. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncağında ötən üç ayı ölkəmiz üçün uğurlu bir dövr kimi qiymətləndirib, həyata keçirilən tədbirlərin, əldə edilən nailiyyətlərin sonrakı dövrlər üçün də dinamik inkişafa təminat verdiyini vurğulayıb.
Sonra rayon icra hakimiyyəti başçısının müavini Sahib Əliyev 2015-ci ilin birinci rübündə rayonda görülmüş işlərdən bəhs edən məruzə ilə çıxış edib. O, rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirilib ki, cari ilin birinci rübündə Beyləqan rayonunda məskunlaşan 1 ailə, Saatlı rayonunda isə 5 ailə yeni mənzillə təmin edilib, H.Z.Tağıyev qəsəbəsində Kosmonavtika yaşayış massivində 23 saylı binanın, yenə həmin qəsəbədə Şirvan yaşayış massivində köçkünlər yaşayan binanın, eləcə də Stalçay qəsəbəsində iki sakinin mənzillərinin dam örtükləri təmir olunub. Cari ilin birinci rübündə rayon icra hakimiyyəti tərəfindən vətəndaşlara mənzil şəraitlərinin yaxşılaşdırılması üçün 3 ailəyə tikinti materialları, 3 ailəyə isə maliyyə vəsaiti ilə kömək edilib.
Hesabat məruzəsində məskunlaşma yerlərində elektrik təchizatı ilə bağlı problemlərin aradan qaldırılması işlərindən də bəhs olunub, əldə edilən uğurlardan danışılıb.
Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Nüsrət Əhmədovun, maliyyə idarəsinin müdiri Kəmaləddin Rüstəmovun, məşğulluq mərkəzinin direktoru Əkbər Qurbanəliyevin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin müdiri Cəlaləddin Məmmədovun və rayon icra hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlyas Süleymanovun məruzə ilə bağlı çıxışları dinlənilib.
Sonda yığıncaqda qərar layihəsi qəbul edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18