Nərimanov rayonunda cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 16 aprel, AZƏRTAC
Aprelin 16-da Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları rayon icra hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbiri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq, cari il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırıb.
A.Fərzəliyev respublikada aparılan uğurlu sosial-iqtisadi siyasətdən danışaraq, Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü vurğulayıb.
Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, üç ayda rayonda xidmətlər də daxil olmaqla, 573,1 milyon manatlıq məhsul istehsal olunub. İstehlakçılara 550,9 milyon manatlıq və ya bütün sənaye məhsulunun 99,9 faizi qədər sənaye məhsulu göndərilib, həmçinin istehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,7 faiz təşkil edib.
Birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıqla əlaqədar qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin təxirə salınmadan həyata keçirildiyini xüsusi vurğulayan Ş.İbadov təsdiq olunmuş Tədbirlər Planına əsasən Nərimanov rayonu ərazisində bu istiqamətdə görülən tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni inşa olunan Olimpiya Stadionunun Nərimanov rayonu ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri böyük sürətlə və yüksək keyfiyyətlə həyata keçirilir. İlk növbədə artıq şəhərimizin ən gözəl prospektlərindən birinə çevrilən Ziya Bünyadov prospektinin 15 kilometrlik hissəsində yaşayış və qeyri-yaşayış binalarının fasadları və dam örtükləri yenidən qurulub, digər hissələrdə isə hasarlar tikilərək müasir üzlük tavanlarla bəzədilib.
Eyni zamanda vurğulanıb ki, metronun “Gənclik” stansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşası, Ziya Bünyadov prospektinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının və yeraltı yol ötürücülərinin salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi uğurla yerinə yetirilib və son tamamlama işləri aparılır.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş 8 yaşayış binasının yerində müasir milli memarlıq üslubunda 4 yaşayış binasının tikintisi sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Həmin binaların yaxın müddətdə sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.
Milli Məclisin deputatı Adil Əliyev və digər çıxış edənlər rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə öz fikirlərini bildirərək, rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnunluq ifadə ediblər. Çıxışlarda dövlətimizin başçısının rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Sonda rayonun sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33