"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hesabat dövründə rəsmi ehtiyat aktivlərinin həcmi 4,426 mln. dollar və ya 37,6% azalaraq 7,341 mlrd. dollar, qiymətli kağızlara sərmayələr isə 42,8% azalaraq 4,237 mlrd. dollar təşkil edib.
Bununla yanaşı bildirilir ki, martın 1-nə pul bazası 9,736 mlrd. manat təşkil edib və bu göstərici son bir ayda 1,024 mlrd. manat və ya 9,5% azalıb. Yəni, dövriyyədə olan nağd pul və ya bankların AMB-dəki müxbir hesablarda qalıqlarının azalması baş verib.
AMB-nin banklara olan tələbi isə fevralda 212 mln. manat və ya 12,5% artıb. Yəni, bankların Mərkəsi Bankın vəsaitlərinə ehtiyacı artıb. Artım, devalvasiyadan sonra valyuta riski ilə üzləşən banklara maliyyə dəstəyi nəticəsində yaranıb.