“İslamın timsalında bir vəhşi sifət yaratmaq istəyirlər. Dünyada islamdan istifadə edən, mənsəb ayrı-seçkiliyi yaradan, dinləri bir-birinə qarşı qoyan qüvvələr var”.
Lent.az-ın məlumatına görə, bunu Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, bunun nəticəsində qocalar, qadınlar, uşaqlar həyatını itirir: "Həmin qüvvələr islamı istəməyənlərdir. Buna görə də bizim elmə ehtiyacımız var. Eyni zamanda elm adamlarına ehtiyacımız duyulur. Bizim həyatımız, adət-ənənələrimiz islam dini ilə bağlıdır. Yəni İslam həyatımızın ayrılmaz hissəsidir. Buna görə də biz dünyaya islamın sülh dini olduğunu göstəririk”.