Qəbələ, 16 aprel, AZƏRTAC
Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhər 3 nömrəli orta məktəbdə təşkil olunan yarışda Beynəlxalq Poliatlon Çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən, dörd növ üzrə (100 metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma və 2000 metr məsafəyə kross qaçışı) rayonun tam orta məktəblərinin 30 komandası iştirak edib.
Yarışda Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası birinci, Tüntül kənd tam orta məktəbin komandası ikinci və Bayramkoxalı kənd tam orta məktəbin komandası üçüncü yeri tutub. Qalib komandalara rayon gənclər və idman idarəsinin diplomları təqdim edilib.
Birinci yeri tutan komanda respublika çempionatının zona mərhələsində iştirak etmək hüququ qazanıb.