Ağsu, 16 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı aprelin 16-da Ağsu rayonunda qanvermə aksiyası keçirib.
Təşkilat şöbəsinin müdiri Gülnarə Abbasova AZƏRTAC-a bildirib ki, qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub və bu tədbir respublikamızın bütün şəhər və rayonlarını əhatə edəcək.
Rayon mərkəzi xəstəxanasında təşkil olunan qanvermə aksiyasında Ağsu sakinləri yüksək fəallıq nümayiş etdiriblər. Hərtərəfli müayinədən sonra 150 nəfərdən çox könüllüdən qan götürülüb.
