ANS PRESS uçurumun kənarındakı həyatları təqdim edir.
Gürcüstanın Chiatura şəhərində 6 əsrdən qalma bu kilsə bir zirvənin başındadır. O, yerdən 40 metr hündürdə yerləşir. Çoxları bu kilsəyə qalxmağa cəsarət etmir. Bura çıxmağın yeganə yolu isə o qədərdə təhlükəsiz olmayan bir pilləkandır.
Son 20 ildə kilsədə Maksim adlı bir rahib işləyir. Kilsənin içərisi son olaraq 25 yaşlı fotoqraf Konstantin Murtkhveladze adlı şəxs tərəfindən görüntülənib. "Buraya çıxandan sonra qarşılaşdığım mənzərə bütün qorxuya dəydi".







İspaniya- Ronda
Dəniz səviyəsindən 750 metr hündürlükdə dağlıq ərazidə yerləşən bir qəsəbədir. Qəsəbə 100 metrlik dərin vadi ilə iki hissəyə bölünür. Qəsəbənin bir tərəfindən digərinə keçmək üçün 3 körpüdən istifadə etmək lazımdır.


Korsika -Bonifakio
Aralıq dənizindən 70 metr hündürlükdədir. Qəsəbə əhəng daşları ilə örtülü qayaların üzərindədir. Bura həm də dünyanın 4 bir yanından gələn bahalı gəmilərin lövbər saldığı limanlardandır.




Mənbə
ANS PRESS