"Valokordin"in qiymətində fərq var. Bir aptekdə 1 manat 20 qəpik, digərində 1 manat 30 qəpikdir. Halbuki satıcılar aptekə gətirilən dərmanların əczaçı şirkətlərdən vahid qiymət əsasında qəbul ediklərini etiraf edirlər.
Beləliklə, dərman almaq istəyən alıcı müqayisə üçün müxtəlif aptekləri gəzməli olur. Bununla yanaşı, eyni tərkibi olan müxtəlif adlarda çoxlu sayda dərman çeşidlərinə də rast gəlinir. Həmin dərmanlarda isə qiymətlər bir-birindən kəskin şəkildə fərqlənir. Hər halda, yaxın vaxtlarda bu fərqin aradan qaldırılacağı qaçılmazdır. Çünki dərman satışında vahid qiymət sisteminə keçidlə əlaqədar Sənaye və İqtisadiyyat Nazirliyinə və Səhiyyə Nazirliyinin qarşısına konkret tapşırıqlar qoyulub. İcra üçün qısa vaxt verilib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

