“AICT-2015” - İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 9-cu Beynəlxalq Konfransa ev sahibliyini Rusiya edəcək
Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir.
Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir. Təşkilat Komitəsindən bildirilib ki, “AICT-2015” adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq.
Tədbir Lomonosov adına Moskva Dövlət Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, Qafqaz Universiteti, IEEE - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) İEEE Azərbaycan şöbəsinin texniki dəstəyi ilə keçiriləcək.
Bakı, Daşkənd, Tbilisi, Astanada keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün “AICT-2015” xüsusi platformaya çevriləcək.
Konfrans əvvəlki illərdə müxtəlif ölkələrin, o cümlədən Avstraliya, Azərbaycan, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, İsveç, Tailand, Türkiyə, Ukrayna, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Özbəkistan və s. ölkələrdən olan tədqiqatçıların diqqətini cəlb edib.
“AICT-2015” Beynəlxalq Konfransının tematik mövzularına 80-ə qədər istiqamət daxildir.
Tədbir işini “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə aparacaq. Amma konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. “AICT-2015” konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hesab edilir ki, “AICT-2015” İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcək.
Qeyd edək ki, “AICT-2013” konfransı 23-25 tarixlərində Bakıda keçirilib. Beynəlxalq konfransa Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, “IEEE” Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu tərəfindən texniki dəstək verilib.
“AICT-2014” isə ötən ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilib. Tədbirdə Azərbaycanı ölkəmizin bir sıra ali təhsil müəllimlərindən ibarət nümayəndə heyəti təmsil edib.
Həqiqət İSABALAYEVA
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33