Televiziya məsələnin hüquqi yolla həllini planlaşdırır

RTV plagiatçılıq faktı ilə bağlı hüquqi tədbir görməyə hazırlaşır. Televiziyanın baş redaktoru Vəli Turan bildirib ki, DTV-nin atdığı bu addım peşə davranış qaydalarına və etik kriteriyalara uyğun deyil.

RTV-yə məxsus "Unudulmayan ifalar" verilişinin DTV-də yayımlanmasına son qoymaq üçün televiziya əlaqədar qurumlara müraciət ünvanlayıb. Telelayihənin təhrif olunmuş formasının Dünya TV-də yayımı dayandırılmasa, münasibətlərin aydınlaşdırılması üçün tezliklə məhkəməyə müraciət olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото