Qeyd edək ki, festival çərçivəsində 3 turnir (A - güclülər, B - əmsalı 2250-dən az olanlar və C - uşaqların turniri) keçiriləcəkdir. A turnirində Kasımcanovla yanaşı, qadınlar arasında dünya çempionu - Çin təmsilçisi Hou Yifan da daxil olmaqla 15-dək ölkədən bir sıra tanınmış şahmatçılar iştirak edəcəklər. Yarış isveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Turnirin ümumi mükafat fondu 40000 dollar təşkil edir.