Bakı, 16 aprel, AZƏRTAC
Bu ilin birinci rübündə sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, istehsal olunmuş məhsulun 99,7 faizi istehlakçılara göndərilib. Bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 312,8 milyon manatlıq hazır məhsul olub.
Üç ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 3 faiz, kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastmas məmulatların istehsalı 1,5 dəfə, hazır metal məmulatların istehsalı 8 faiz artıb.