Bakı, 16 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər.
AZƏRTAC xəbər verir ki, müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.
İqtisadiyyat və Sənaye Nazirliyinin digər qurumlarında da belə xeyriyyə tədbirlərinin təşkili nəzərdə tutulur.