Çempionlar Liqasında növbəti 1/4 final oyunu Portuqaliyada keçirilib.

Metbuat.az-ın xəbərinə görə, "Porto" "Bavariya"nı qəbul edib. Görüşün favoriti almanlar olsa da, hadisələr tərsinə cərəyan edib. "Porto" Kuarejmanın dublu və Cekson Martinesin qolu sayəsində rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

"Porto" - "Bavariya" - 3:1

Qollar: Kuarejma, 3; 10, Martines, 65 - Tyaqo, 28

Qarşılaşmanın icmalını təqdim edirik.