Qazax, 16 aprel, AZƏRTAC
Qazax rayonunda əhalinin məşğulluğunun təminatı sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Rayon məşğulluq mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-mart aylarında bütün idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumat toplanılıb və iş yerlərinə vətəndaşların göndərişi təmin edilib. Məşğulluq mərkəzinə müraciət edən 82 nəfərdən 38-i işlə təmin olunub.
Bundan əlavə, üç ayda 10 nəfərə işsizlik statusu verilib, 10 nəfərə isə müavinət ödənilib.