ANS PRESS-in məlumatına görə, separatçı kürdlərin partiyası Azərbaycan əslli qadının da namizədliyini irəli sürüb.
Xalqların Demokratiyası Partiyası (HDP) Azərbaycan əslli Kıznaz Türkelini İqdır vilayətindən deputatlığa namizəd göstərib.
Evində təbrikləri qəul edən Türkeli azərbaycanlı – kürd birlikdə İqdıra sabid çıxacaqlarını deyib:
“Yaşasın xalqların qardaşlığı. Bundan sonra xalqların qardaşlığı danışacaq, rənglərin bəranərliyi danışacaq. Azəri, kürd birlikdə İqdıra sahib çıxacağıq, problemləri birlikdə həll edəcəyik”.
HDP İqdır şöbəsinin sədri Cesim Katar illərdir bunun həsrətini çəkdiklərini, bu gün ilk dəfə Azərbaycan əslli qadının namizəd göstərildiyini deyib.
Qeyd edək ki, Kıznaz Türkeli Milliyətçi Hərəkat Partiyasının (MHP) Azərbaycan əslli millət vəkili Sinan Oğanın da dünyaya gəldiyi İqdırın Mələkli kəndindəndir.





Mənbə
ANS PRESS