Gürcüstan parlamenti uydurma "erməni soyqırımı” ilə bağlı təklifi qəbul etməyib
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Axalkalakidən olan deputatı Samvel Petrosyan parlamentin aprelin 15-də keçirilən iclasında qondarma "erməni soyqırımı”nın tanınmasını və “qondarma soyqırımı” qurbanlarının xatirəsinin əbədiləşdirilməsini təklif edib.
Onun təklifi ciddi etirazlarla qarşılanıb.
Azərbaycanlı deputat Azər Süleymanov S.Petrosyanın təklifini cəfəngiyat adlandıraraq deyib:
“Yüz il bundan əvvəl törədildiyi iddia olunan hadisələrə belə yanaşmaq, tarixi faktları saxtalaşdırmaq olmaz. Əslində həmin hadisələr zamanı qətlə yetirilən türklərin sayı ermənilərin sayından çox olub. Bunu Türkiyə tərəfi və nüfuzlu elm adamları, tarixçilər dəfələrlə söyləyiblər. Yaxşı olar ki, bir daha tarixçilər öz sözlərini desinlər və sonra parlament öz qərarını versin”.
A.Süleymanov ermənilərin Azərbaycanda və digər qonşu dövlətlərdə törətdikləri vəhşilikləri də diqqətə çatdırıb:
“Biz yaxın tarixə nəzər salsaq görərik ki, əslində ermənilər özləri başqa millətlərə, xüsusən də azərbaycanlılara və türklərə qarşı etnik təmizləmə və soyqırımı həyata keçiriblər. Ermənilər 1918-ci ildə paytaxt Bakıda və Azərbaycanın digər bölgələrində, 1992–ci il fevralın 26-da Xocalıda əsl soyqırımı həyata keçiriblər. Bunlar tarixi faktlarla sübuta yetirilib və onu inkar etmək olmaz”.
Digər azərbaycanlı deputat Mahir Dərziyev də erməni deputatın qaldırdığı məsələyə cavab verib.
M.Dərziyev qeyd edib ki, Gürcüstan uzun illərdir müxtəlif millətlərin azad, sülh şəraitində yaşadığı bir ölkədir. Deputat S.Petrosyanın qaldırdığı bu məsələ Gürcüstanın dövlət və milli maraqlarına xidmət etmir. Erməni deputatın 100 il bundan qabaq baş vermiş hadisələri bu gün gündəmə gətirməsi yeni narazılıqların yaranmasına səbəb ola bilər və bu, ölkənin nüfuzuna zərbədir. “Qondarma erməni soyqırımı” məsələsinin tarixçilər tərəfindən araşdırılmasının vacibliyini vurğulayan M.Dərziyev Türkiyənin arxivlərinin bunun üçün açıq olduğunu diqqətə çatdırıb.
M.Dərziyev daha sonra deyib: “Ermənilər heç bir tarixi faktlara əsaslanmayan “qondarma erməni soyqırımı” iddialarına son qoymalı, qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməli, xüsusən də Azərbaycan və Türkiyə ilə normal əlaqələr yaratmalıdır. Bu həm Ermənistanın özünə xeyirdir, həm də bölgədə sabitliyin və sülhün bərqərar olmasına xidmət edər”.
AZƏRTAC-a verdiyi eksklüziv müsahibəsində M.Dərziyev deyib ki, S.Petrosyanın çıxışı iqtidarda, eləcə də müxalifətdə olan gürcü deputatlar tərəfindən də etirazla qarşılanıb. Onlar erməni deputatın təklifinin keçərli olmadığını və nəzərə alınmasının mümkünsüzlüyünü bildiriblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33