Türk Hava Yolları (THY) aviaşirkəti Yəməndə baş verən gərginlik səbəbilə bu ölkəyə uçuşlarını təxirə salıb.

ANS PRESS-in məlumatına görə, THY iyun ayının ilk gününə qədər Yəmənin Səna və Ədən şəhərlərinə olan uçuşlarını dayandırıb. Bu barədə aviaşirkətin rəsmi internet səhifəsində xəbər verilir.

“Hörmətli sərnişinlərimiz, Yəməndə baş berən siyasi böhran səbəbilə Səna və Ədən səfərlərimiz iyun 1-i tarixinə qədər təxirə salınıb”, – deyə açıqlamada bildirilir.

Bundan başqa, THY Səudiyyə Ərəbistanının yəməndə həyata keçiridyi hava əməliyyatları zamanı Sənadakı Daylami hava bazasını vurmasına görə həmin bölgəyə olan uçuşlarını da dayandırmışdı.

Türkiyə Xarici İşlər nazirliyi də Yəməndəki vətəndaşlarına ölkədən çıxmaları barədə tövsiyə xarakterli xəbərdarlıq edib.
Mənbə
ANS PRESS