Daim uşaq futbolunun inkişafına diqqət ayıran "Əlincə” Futbol Klubu bu yöndə əməli fəaliyyətini davam etdirir.

ANS PRESS-in məlumatına görə, 2010-cu ildə iş adamı Hacı Məhərrəm Novruzov tərəfindən yaradılan "Əlincə”nin daha bir yetirməsi - Turan Vəlizadə bu gün Türkiyə nəhəngi "Fənərbaxça”nın düşərgəsinə baxışa yollanıb.

"Əlincə"nin 15 yaşadək komandasının üzvü olan Vəlizadə qarşıdakı 1 həftə ərzində "sarı-lacivərdlilər”in müvafiq yaş qrupunda yoxlanışdan keçəcək.

Xatırladaq ki, bir müddət öncə "Əlincə”nin daha bir yetirməsi - Qara Qarayev İspaniyanın "Malaqa” klubunun düşərgəsində yoxlamadan keçmişdi. Onun yaxınlarda yenidən "Malaqa" klubunun düşərgəsinə yollanacağı gözlənilir.

Mənbə
ANS PRESS