Azərbaycan Respublikası Çin Xalq Respublikasının təşəbbüsü ilə yaradılan Asiya İnfrastruktur İnkişaf Bankının (AİİB) gələcək təsisçi üzvü kimi təsdiqlənib.

Maliyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Asiya regionunun infrastruktur inkişafının artmaqda olan maliyyə ehtiyaclarının təmin edilməsi məqsədilə yaradılan AİİB-nin 27 aprel 2015-ci il tarixində Çinin paytaxtı Pekində keçiriləcək təsis müzakirələrində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri də iştirak edəcəklər.

Azərbaycan Respublikası 31 mart 2015-ci il tarixində Asiya İnfrastruktur İnkişaf Bankının təsisçi üzvü olmaq niyyətini rəsmi olaraq bəyan etmişdi.
Mənbə
ANS PRESS