Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycanda səfərdə olan Yaponiyanın JIJI PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani və agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda aprelin 15-də Dövlət Bayrağı Meydanı ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dövlət Bayrağı Muzeyi ilə tanış olan yaponiyalı qonaqlar burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıb.
Sadafumi Tani və Hiroşi Masuda Dövlət Bayrağı Meydanından xoş təəssüratlarla ayrılıblar.