AMEA-da keçirilən müsabiqələrin nəticələri açıqlanıb
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclasında “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” və AMEA-nın adlı mükafatları üzrə keçirilən müsabiqələrin nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, iclasda mədəniyyət və incəsənət sahəsində mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Məlikovun və dünya elmi, Azərbaycan-Rusiya elmi əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores Alfyorovun “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif olunmaları barədə qərar qəbul edilib. Medal ölkə vətəndaşları və əcnəbilərə ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələr, əsərlər, kəşflər, ixtiralar, habelə elmin inkişafında xüsusi xidmətlərinə görə verilir.
İclasda bildirilib ki, bu il üçün, həmçinin AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilib. Müsabiqədə iştirak edən alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə bilikdə ekspert komissiyasına təqdim edilib. Komissiyanın bu il keçirilmiş yekun iclasından sonra isə mükafatlara namizədlər seçilib və onlar haqqında müvafiq rəylər rəyasət heyətinə təqdim olunub.
İclasda müsabiqənin nəticələrini nəzərə alaraq informatika və idarəetmə sistemləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə akademik Telman Əliyevin AMEA-nın Nəsirəddin Tusi adına mükafatı, təbiət elmləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli, fundamental və tətbiqi elmi nəticələrə görə akademik Tariyel Talıbovun AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı, Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA-nın müxbir üzvü Zemfira Səfərovanın AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına mükafatı, tibb elmləri sahəsində əldə etdiyi mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə görə akademik Cəmil Əliyevin AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə təltif olunması haqqında qərar qəbul edilib.
Həmçinin, qərara əsasən sənayedə katalitik kreking prosesinin inkişafı istiqamətində əldə etdiyi elmi nəticələrə görə akademik Musa Rüstəmova AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, kristallokimya, mineralogiya və geokimya sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə geologiya-mineralogiya elmləri doktoru Məmməd Çıraqova AMEA-nın akademik Musa Əliyev adına mükafatı və tarix elmi sahəsində əldə etdiyi elmi nailiyyətlərə görə akademik Teymur Bünyadova AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı təqdim olunacaq.
Mükafatlar AMEA-nın aprelin 29-da keçiriləcək illik ümumi yığıncağında öz sahiblərinə təqdim ediləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33