“The London Post” xəbər portalı Azərbaycan səfirinin müsahibəsini yayıb
London, 15 aprel, AZƏRTAC
“The London Post” xəbər portalı Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin geniş müsahibəsini yayıb.
T.Tağızadə müsahibənin əvvəlində Azərbaycanın Böyük Britaniyadakı səfiri olmaqdan qürur hissi keçirdiyini söyləyib. O, etimadnaməsini təqdim edərkən Böyük Britaniya Kraliçası II Elizabetlə görüşü haqqında məlumat verib. Kraliçanın ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafından məmnun olduğunu diqqətə çatdırıb. Diplomat “Baku-2015” birinci Avropa Oyunlarının təşkilində Britaniya mütəxəssisləri və şirkətləri ilə sıx əlaqələr qurulmasından bəhs edib.
T.Tağızadə müsahibəsində Britaniya ilə Azərbaycan arasındakı münasibətlərin inkişafından da danışıb. Xüsusilə enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. İki ölkə arasında siyasi, hərbi, təhlükəsizlik məsələlərinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet olduğunu bildirib. Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda qeyri-enerji və sənaye sahələrinin sürətli inkişafı diqqət mərkəzində olan məsələdir.
Səfir “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işləri, yeni tikilən idman obyektləri haqqında da ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir doğma torpaqlarımızın işğalçı ölkə tərəfindən zəbt edildiyini bildirib, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olduğunu diqqətə çatdırıb. Diplomat deyib: “Münaqişənin həllinə dair mövqeyimiz beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasını nəzərdə tutur”.
Beynəlxalq ictimaiyyətin münaqişə ilə bağlı mövqeyi haqqında suala cavab verən T. Tağızadə diqqətə çatdırıb ki, dünyadakı digər münaqişələrdə olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinə də ciddi yanaşılmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, Xocalı soyqırımı kimi faktlara diqqət cəlb edilməlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat və təşviqat kampaniyası çərçivəsində artıq bir sıra uğurların əldə edildiyi, Çexiya, Pakistan, Bosniya və Herseqovinya, Peru kimi ölkələrin bu soyqırımını tanıdıqları vurğulanıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25