Qətər çıxışlı bütün rezervasiyalar, Doha üzərindən tranzit olan, digər ölkə çıxışlı uçuşlar, habelə son məntəqəsi Doha olan uçuşlara icazə verilir. Qiymətlərə bütün vergilər, güzəştlər və bütün xərclər daxildir. Xidmət haqları "Qatar Airways"in satış ofisləri və səyahət agentliyi vasitəsi ilə alınan biletlər üçün şamil edilə bilər. Güzəştlər yalnız "ekonom" və "biznes" sinifi gediş-dönüşlü biletlərə şamil olunur. "Biznes" sinfin mövcud olmadığı uçuşlarda güzəşt birinci sinif biletlərə şamil olunur. Biletlər bir xidmət ilə əvəz və başqa adama həvalə edilə bilməz. Braziliya, İran və Koreya çıxışlı uçuşlar istisna olmaqla, uçuşdan əvvəl və sonra biletlər ləğv oluna bilməz, bu məntəqələrdən çıxışlı biletlərdə uçuşdan əvvəl olan biletlər cərimə ödəməklə ləğv oluna bilər. Uçuş tarixindən sonra ləğv olunan biletlər qaytarıla və dəyişdirilə bilməz. Braziliya, İran və Koreya çıxışlı biletlər müvafiq cərimələrlə qaytarıla bilər. Uşaq və körpələr üçün standard güzəştlər tətbiq olunur.
