Dortmund "Borussiya"sı Yurgen Kloppla yollarını ayıracağını rəsmən açıqlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə klubun prezidenti Hans Yoahim Vatzke açıqlama verib.

Bu gün "Signal Iduna Park"da mətbuat konfransı keçirən klub rəhbəri baş məşqçi ilə 2017/18 mövsümünün sonunda bitməli olan müqavilənin bu ilin 30 iyununda qarşılıqlı razılıq əsasında bitiriləcəyini deyib: "Onunla bir müddətdi bu barədə danışırdıq. Yollarımızı ayırmaqla bağlı ortaq qərar qəbul etdik. Kloppla inanılmaz 7 il keçirmişik. Bu səbəbdən ayrılıq üzücü olacaq".

Klopp özü də açıqlama verib: "Bu klub doğru insan tərəfindən çalışdırılmağı haqq edir. Bir gün uğur qazana bilmədiyimi anladığım üçün kluba bunu dedim. Sadəcə doğu və önəmli olduğu üçün bu qərarı açıqladıq. Qərarım baş məşqçilikdən imtina etmək anlamına gəlmir. Hələlik heç bir klubla danışığım olmayıb. Bir il istirahət etməyi də düşünmürəm".

Qeyd edək ki, "Borussiya" cari mövsümdə Bundesliqada uğursuz çıхış edir. Komanda 28 turdan sonra 10-cu pillədə qərarlaşıb və Çempionlar Liqasına vəsiqə qazanmaq şansını itirib. Almaniya Kubokunda finala çıхan Dortmund təmsilçisi Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb.

2008-ci ildən "Borussiya"ya başçılıq edən Klopp komandanı Almaniya çempionu (2010/11, 2011/12), kubokunun (2011/1) və Suprekubokunun (2013, 2014) qalibi edib, Çempionlar Liqasında finala çıхarıb (2012/13). Onun başçılıq etdiyi komanda 2010/11 mövsümündə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdırmışdı (4:0, 1:0).
Mənbə
ANS PRESS