Bakı, 15 aprel, AZƏRTAC
Norveçin İqtisadiyyat Məktəbinin professorları Linda Nostbakken və Rognvaldur Hanne Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) neft iqtisadiyyatına dair mühazirələr oxuyublar.
Universitetdən AZƏRTAC-a bildirilib ki, professor Linda Nostbakken ADİU-nun ingilis dilində tədris mərkəzində "Neft sahəsində vergiqoyuluşu sistemi” mövzusunda mühazirə oxuyub.
Professor R.Hanne "Norveç, Alyaska və Nauru timsalında neft resurslarının idarəediməsi” mövzusunda “SABAH” qrupunun tələbələrinə seminar keçib.
ADİU-nun beynəlxalq əlaqələr departamentinin Dünya Bankı mərkəzində norveçli qonaqların və universitetin müəllimlərinin iştirakı ilə "İqtisadi nəzəriyyə və neftin qiymətinin əmələ gəlməsi” mövzusunda “dəyirmi masa” keçirilib.