Bakı, 15 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 600 milyon 752 min manat vəsait daxil olub, proqnoz tapşırığına 103 faiz əməl edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının məbləği 1 milyard 55 milyon 742 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının ümumi daxilolmada xüsusi çəkisi 66 faiz olub.