Goranboyda 21 yaşlı gənc minaya düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Goranboyun Zeyvə kəndində qeydə alınıb.

Kənd sakini Nurlan Kərimov səhər saatlarında yoldaşlarıyla birgə yabanı bitgi toplamaq üçün təmas xəttinə yaxınlaşıb. Minalanmış əraziyə yaxınlaşan zaman partlayış baş verib. Nəticədə Nurlan Kərimov yaralanıb. Yaralı artıq təhlükəli ərazidən çıxarılıb.

Kənd sakinlərinin sözlərinə görə, hadisə saat 11 radələrində baş verib

Ərazi qarşı tərəfdən müşahidə olunduğuna görə, 21 yaşlı Nurlan Kərimovu bir müddət yaralandığı yerdən şıxarmaq mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə yaralını hərbiçilərin köməyi ərazidən uzaqlaşdırmaq mümkün olub.
Sinxron. (Çərkəz Atakişyev-yaralının qohumu) düşə bilməyiblər ora qorxulu yerdi cəbhədi. Bilmirəm nə qədər qalıb amma çox qan itirib. Ağırdı vəziyyəti.
Yaralı Gəncə şəhərinə aparılıb.
Mənbə
ANS PRESS: Ramil İbrahimov