Klublar Komitəsinin (KK) bu gün keçirilən iclasında Topaz Premyer Liqasında oynayan legionerlər üçün ödənilən rüsumların məbləği müzakirə olunub. Apasport.az saytının xəbərinə görə, toplantıda iştirak KK sədri Tuyqun Nadirov bildirib ki, yığıncaqda təmsil olunan klublar rüsumla bağlı yeniliklər təklif ediblər:

“Müzakirələrdə əsas məqsəd o idi ki, klubların xərcləri azaldılsın, gəlirləri artsın. Hər kluba 3 legioneri rüsumsuz sifariş etmək hüququ verilməsi təklifini verdik”.
  
Nadirov qeyd edib ki, növbəti iclaslarda rüsumla bağlı başqa məqamları müzakirə olunacaq. Komitə 21 və ya 23 yaşadək olan legionerlər üçün rüsumların aradan qaldırılması və ya azaldılması ətrafında fikir mübadiləsi aparacaq.
  
Qeyd edək ki, hazırda qaydalara əsasən, legioner üçün 1-ci il 20, həmin oyunçu eyni klubda qalarsa, 2-ci il 10, növbəti illərdə isə 5 min manat ödənilir.

Milli.Az