“Səni axtarıram” ANS-də belə işə başladı (VİDEO)
ANS TV-nin məlumatına görə, “Səni axtarıram” tam heyəti ilə artıq iş başındadır. Kimi gələn zəngləri qəbul edir, kimi də onlara daxil olan məktubların məzmunu ilə tanış olur. Yenə də birilərini sevindirmək, onlara xoş xəbər vermək üçün. Artıq öz doğmalarından ayrı düşənlər “Səni axtarıram”ın qapısını döyməkdədirlər.
Layihənin axtarış şöbəsi də gərgin iş rejimindədir. Azərbaycandan eləcə də ölkə hüdudlarından kənarda onlara edilən müraciətləri araşdırmaqdadırlar. Dediklərinə görə, bəzən bu araşdırmalar illərlə davam edir. Çünki axtarılan şəxslərin sənədləri, qeydiyyatı olmadığından onlar barədə lazımi informasiyanı tapmaq çətin olur. Amma komanda daha da əzmlə çalışaraq onlara üz tutanların hər birinə xoş xəbər vermək niyyətindədirlər. Bu niyyətlərini isə ANS-də həftə içi yayımlanacaq verilişdə gerçəkləşdirəcəklər.
Layihənin axtarış şöbəsinin rəhbəri Səbinə Alicanova deyir ki, axtarılanların əksəriyyəti Rusiyadandır. Amma onlara Almaniyadan, Fransadan və Polşadan da müraciətlər edilib. Ümumilikdə 50 mindən çox insanın axtarışı davam etdirilir.
Layihə yenilənmiş, bir qədər fərqli formatda və dekorasiyada tamaşaçılara təqdim olunacaq. Artıq komandanın iki üzvü axtarışlarla bağlı Ulyanovskda çəkilişdədir. Layihənin müəllifi, 5 ildir ki, bu verilişin bütün yük və əziyyətini çiyinlərində daşıyan aparıcı, Xoşqədəm Hidayətqızı ANS- dəki tamaşaçı auditoriyasının daha çox olacağına inanır və bu verilişin ANS zirvəsinə qalxacağına əmindir.
Layihənin aparıcısı Xoşqədəm Hidayətqızı bildirdi ki, yeni formatda yayımlanacaq verliş çox maraqlı olacaq.
İşə şirin təam, yəni ANS-in onlara hədiyyə etdiyi tortla başlayan işçilərə uğurlar olsun. Çünki onları böyük mübarizə gözləyir.
Mənbə
ANS-TV
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33