Rusiya Prezidenti Vladimir Putinin gəlirləri açıqlanıb
Bakı, 15 aprel, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin və hökumət başçısı Dimitri Medvedyevin 2014-cü il üçün gəlirləri haqda məlumatlar Kremlin və Nazirlər Kabinetinin saytlarında dərc olunub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu məlumatlara əsasən, Vladimir Putin 2014-cü ildə 7,5 milyon rubl qazanıb. Bu, 2013-cü illə müqayisədə 2,5 dəfə çoxdur. Həmin il dövlət başçısı 3,6 milyon rubl gəlir əldə etmişdi.
Bununla yanaşı, Prezidentin əmlakının siyahısı bir neçə ildir ki, dəyişməz qalır. Vladimir Putin 77 kvadrat metrlık mənzilə və 1500 kvadrat metrlik torpaq sahəsinə malikdir. Bundan başqa, dövlət başçısının istifadəsinə 153,7 kvadrat metrlik yaşayiş sahəsi və 18 kvadrat metrlik avtomobil qarajı da verilib. Eyni zamanda onun əmlakına əvvəlki ildəki kimi 3 avtomobil - QAZ M-21, QAZ M-21R, “Niva” və “Skif” avtomobil qoşqusu da daxildir.
Hökumət başçısı Dimitri Medvedyev isə 2014-cü ildə əvvəlki illə müqayisədə təxminən iki dəfə çox - 8 510 573 rubl qazanıb. 2013-cü ildə onun qazancı 4 milyon rubldan bir qədər artıq olmuşdu.
Dimitri Medvedyevin də əmlaki 2013-cü illə müqayisədə dəyişməz qalıb. Yenə də əvvəlki kimi 367 kvadrat metrlik mənzilə sahib olan hökumət başçısı 4 700 kvadrat metrlik torpaq sahəsini də 49 illik icarəyə götürüb. O, həmçinin QAZ-20 və QAZ-21, həyat yoldaşı isə əvvəlki kimi Volkswagen Golf markalı avtomobillərə sahibdirlər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33