Qazaxda Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılıb
Qazax, 15 aprel, AZƏRTAC
Qazaxda telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbiri Alı Mustafayevin təhsil aldığı Qazaxbəyli kənd tam orta məktəbin direktoru Mətanət Ayvazova açaraq Milli Qəhrəmanın həyatı, əmək fəaliyyəti və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verib, respublikamızda Milli Qəhrəman və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edilib ki, Alı Mustafayev erməni hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək Dağlıq Qarabağda qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb.
Alı Mustafayev 1991-ci ilin noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən tərəfindən vurulması nəticəsində faciəli şəkildə dünyasını dəyişib və şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Alı Mustafayev bu gün xalqımızın qəlbində yaşayır.
Tədbirin sonunda Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazılan şeirlərini
söyləyiblər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08