Bakıda Sağlamlıq və Əməyin Təhlükəsizliyi Beynəlxalq Sammiti keçirilir
Əsasən inşaat sektorunda fəaliyyət göstərən, bununla yanaşı yerli xammaldan mebel istehsalı ilə məşğul olan və Oğuz rayonunda 5-ulduzlu hotelin fəaliyyətinə rəhbərlik edən "Rovshan Oguz Group"un təsisçisi və prezidenti Hafiz Mustafayev başçılıq etdiyi şirkətin fəaliyyətindən, çətin vəziyyətlərdən çıxışı və iş prosesində işçilərin təhlükəsizliyinin hansı formada təşkil olunmasından danışıb. Son 5 ilin statistikasını açıqlayan Şirkətlər Qrupunun rəhbəri bu müddət ərzində bir iş qəzasının baş verdiyini və bunun bir nəfərin əmək qabiliyyətinin məhdudlaşması ilə nəticələndiyini qeyd edib. H.Mustafayev şirkətlərində bu sahəyə diqqət yetirildiyini iş prosesi ilə yanaşı, işçilərin evlərə çatdırılması zamanı da təhlükəsizliyin təmin olunmasına çalışdıqlarını bildirib.
Mill Məclisin Sosial siyasət Komitəsinin sədr müavini Musa Yaqublu yerli şirkətlərdə təhlükəsizlik etikasının aşağı səviyyədə olduğunu qeyd edib. Buna səbəb kimi işçilərin, əsasən də tikinti sektorunda çalışanların bölgələrdən gəldiyini, iş etikası və iş prosesində təhlükəsizlik məsələlərindən xəbərsiz olduqlarını deyib.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel təqdimatında şirkətin iş prosesində gözlədiyi təhlükəsizlik normalarından, bu sahədə şirkətin planlarından, podratçılarla iş prinsipləri və əsas tələblərindən danışıb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov da çıxışçılar araslnda olub. Öz təqdimatında SOCAR-ın təhlükəsizlik tədbirlərindən danışan şirkət rəsmisi, istehsal sahələrində təhlükəsizliyin təşkili, işçilərin maarifləndirilməsindən danışıb, onların tibbi siğorta ilə təmin olunduğunu vurğulayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iş qəzalarının statistikasından, son dövrlərdə görülən tədbirlər, qanunvericilikdə bununla bağlı qeyd olunan maddələrdən danışıb.
Sammitin birinci günündə həmçinin Almaniya İstehsalat Qəzaları üzrə Sosial Sığorta Agentliyinin (DGUV) layihə rəhbəri Sven Tim,ABŞ-ın"Molson Coors Brewing" şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi və dayanıqlı inkişaf şöbəsinin müdiri Nil Tonq və s. çıxış ediblər, öz təqdimatlarında istehsalatda yaranan qəzalar, ön tədbirlər, işçilərin maarifləndirilməsi, təlimlərin təşkili və iş prosesində baş verə biləcək bədbəxt hadisələrə qarşı həyat sığortasının vacibliyindən danışıblar.
Qeyd edək ki, sammit aprelin 16-da işini davam etdirəcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05