Seymin spikeri: "Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaşdır"
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Azərbaycanın Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaş olduğunu bildirən İnara Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu bildirib. Hər iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu bildirən latviyalı spiker Şərq Tərəfdaşlığı çərçivəsində 21-22 mayda Riqada keçiriləcək zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını ifadə edib.
Parlamentlərarası diplomatiyanın vacibliyini vurğulayan nazir Elmar Məmmədyarov iki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu bildirib. O, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycan və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barəsində məlumat verən nazir Elmar Məmmədyarov regionda sülh və sabitliyin bərqərar olması və regional inkişaf üçün münaqişənin həllinin vacibliyini diqqətə çatdırıb. Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə tələb olunduğu kimi münaqişənin həlli üçün ilk növbədə Ermənistan sılahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin vacibliyinə toxunan nazir Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu və digər sahələrdə də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18