Bildiyiniz kimi, Şəmkir 16-26 aprel tarixlərində Vüqar Həşimovun xatirəsinə keçiriləcək "Shamkir Chess 2015" super-turnirinə ev sahibliyi edəcək.

Metbuat.az-ın məlumatına görə, artıq bütün hazırlıq işləri tamamlanıb. Şəmkir şəhərində təşkil olunan bu mötəbər yarışda dünyanın aparıcı grossmeysterləri hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand və Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Maykl Adams, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov mübarizə aparacaqlar.

Tədbir Şəmkir şəhərində yerləşən Heydər Əliyev mərkəzində təşkil olunacaq. Super-turniri canlı olaraq www.shamkirchess.az veb səhifəsindən və ya mərkəzdə izləmək mümkün olacaq. Bütün oyunlar azərbaycan, rus və inglis dillərində şərh olunacaq.