AZƏRTAC ilə Yaponiyanın JİJİ PRESS informasiya agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb
JİJİ Press agentliyinin icraçı direktoru Sadafumi Tani AZƏRTAC-ın xəbərlərini Yaponiyada bundan sonra daha geniş yayacaqlarını vurğulayaraq bildirib ki, saziş Azərbaycanı Yaponiyada yaxından tanıtmaq üçün geniş imkanlar açır.
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Yaponiyanın JİJİ PRESS informasiya agentliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi AZƏRTAC-ın baş direktoru Aslan Aslanov və JİJİ PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani imzalayıblar. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi iştirak edib.
AZƏRTAC xəbər verir ki, saziş tərəflər arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eyni zamanda agentliklərin saytlarında ölkələrimizdə baş verən hadisələr barədə informasiyaların mütəmadi yerləşdirilməsini nəzərdə tutur.
“Geniş perspektivləri olan bu sənəd Azərbaycan və Yaponiya arasında inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə, AZƏRTAC ilə JİJİ PRESS arasında təcrübə və informasiya mübadiləsinin aparılmasına böyük töhfə verəcək”, - deyə baş direktor Aslan Aslanov bildirib. O qeyd edib ki, saziş Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılması, ölkəmizin uğurlarının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. AZƏRTAC Yaponiyanın Kyodo agentliyi ilə uzun müddətdir əməkdaşlıq edir. Eyni zamanda Yaponiyanın həm JİJİ Press, həm də Kyodo agentliyi ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri (OANA) Alyansı tərkibində uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir.
“Azərbaycanın inkişafı bizi fərəhləndirir”, - deyən JİJİ Press agentliyinin icraçı direktoru Sadafumi Tani AZƏRTAC-ın xəbərlərini Yaponiyada bundan sonra daha geniş yayacaqlarını vurğulayıb. O bildirib ki, sənəd Azərbaycanı Yaponiyada yaxından tanıtmaq üçün geniş imkanlar açır. AZƏRTAC-ı 95 illiyi münasibətilə təbrik edən icraçı direktor bu ilin noyabrında JİJİ PRESS-in yaranmasının 70 illik yubileyinin qeyd olunacağını qeyd edib. “Bu il hər iki agentlik üçün əlamətdardır və imzaladığımız müqavilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə müsbət təsir edəcək”, - deyə Sadafumi Tani bildirib.
İmzalanma mərasimindən sonra keçirilən görüşdə qeyd olunub ki, saziş ikitərəfli münasibətlərin inkişafına böyük təkan verəcək, xalqlarımızın bir-birini daha da yaxından tanımasına xidmət edəcək. Danışıqlar zamanı iki agentlik arasında əməkdaşlığın perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, müasir dövrdə xəbər agentlikləri qarşısında duran çağırışların həlli məsələləri müzakirə edilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33