Tibb Universitetində pulsuz ingilis dil kursları
Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) tələbələr üçün ödənişsiz xarici dil kursları təşkil edilib. Dərslər həftədə iki dəfə - şənbə və bazar günləri ATU-nun tədris binasında (fizika-kimya korpusu) keçirilir.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, müasir dövrdə gənclərin xarici dilləri, xüsusilə də ingilis dilini bilməsi çox önəmlidir. Dil bacarıqları tələbələrin beynəlxalq təcrübəni daha yaxşı mənimsəmələrinə, əlaqələrin genişləndirilməsinə, konkret fənn ilə bağlı daha çox bilik əldə etməyə imkan verir. Tibb elmi daim inkişaf edən bir sahə olduğu üçün ingilis dili bilikləri ATU-nun tələbələri üçün daha çox əhəmiyyət kəsb edir. Bu məsələdə tələbələrə kömək göstərmək məqsədilə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovun dəstəyi ilə tələbə həmkarlar ittifaqı komitəsinin nəzdində tələbələr üçün pulsuz danışıq kursları təşkil edilib.
Komitənin sədri, dosent Elşad Novruzovun sözlərinə görə, bu kurslarda ingilis dilində başlanğıc və orta səviyyələr üçün xüsusi proqramlaşdırılmış dərslər keçirilir. Kursların tamamilə ödənişsiz olduğunu xüsusi qeyd etmək lazımdır. Bu, tələbələrin xarici dillərlə daha intensiv məşğul olmalarına imkan yaradacaq.
Qeyd edək ki, ingilis dilində danışıq klubunun yaradılması layihəsi ATU-nun II müalicə profilaktika fakültəsinin üçüncü kurs tələbəsi Sərxan Həsənlinin rəhbərliyi ilə icra olunur.
Kursda iştirak etmək üçün facebookda “Medicalconversationamu” qrupuna qatılmaq lazımdır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33