Bakıda itkin düşən şəxs xəstəxanada tapılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Suraxanı rayon Polis İdarəsi 31-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də itkin düşmüş Yan Raznabarskiyin həmin gün dərmandan zəhərlənməsi və xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Mənbə
ANS PRESS