Bakı. 15 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3% artaraq 9,5 mlrd. manata çatıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, gəlirin hər nəfərə düşən həcmi orta hesabla 996,8 manat və ya ayda 332,3 manat təşkil edib. Hər nəfərə düşən gəlirin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 4,0% olub.
Gəlirlərin 75,7%-i son istehlaka, 9,6%-i vergilər, sosial sığorta və üzvlük haqları, 2,1%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 12,6%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 8,6 mlrd. manat təşkil edib və əvvəlki ilin yanvar-mart aylarına nisbətən 5,3% artıb.