"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elvin Kərimova məxsus klubu yandırmağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Elşən Əzizov tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.