Bakıda "Yaşıl bazar"ın yanındakı klubda baş verən yanğının səbəbi məlum olub.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 11-də Elvin Kərimova məxsus klubun bilərəkdən yandırıldığı bilinib.

Məlumat daxil olan kimi Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində klubu yandırmağa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzizov tutulub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS