Axşam.az-ın məlumatına görə, yenə də "Səni axtarıram" proqramını təqdim edəcək aparıcı yeni iş yerindəki ilk fotosunu İnstagram hesabında paylaşaraq yazıb:
"Dostlar, mən əvvəl işlədiyim kanaldan ayrılarkən kim "Səni axtarıram"ı seçdisə, onlar da gəldilər. Bu gün əsas komandamla Vahid Mustafayevin və Mirşahin Ağayevin yanında olduq. Möhtəşəm bir görüş oldu. ANS, həqiqətən, bir məktəbdir. Biz ANS-dən kənarda olsaq da, elə o məktəbi keçirmişik. Qısası, döyüş alnımıza yazılıb".
Milli.Az