Türkiyə Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keçirilib.

“Gənclərbirliyi” öz meydanında “Bursaspor”u qəbul edib. Meydan sahibləri fasiləyə 2:0 hesabı ilə öndə yollansalar da, qonaqlar ikinci yarıda üç qol vuraraq əzmkar qələbə qazanıb və iki oyunun nəticəsinə görə yarımfinala vəsiqəni əldə edib.

14 aprel

Türkiyə Kuboku, 1/4 finalın cavab oyunları

“Gənclərbirliyi” – “Bursaspor” – 2:3
Qollar: Petroviç, 14, (1:0), Kabir, 39 (2:0), Volkan Şen, 59 (2:1), 73, (2:2), Fernandao, 90 (2:3)
(İlk oyun – 1:1)

Milli.Az