Səbirli olun.
İşlərinizi təxirə salmayın.
Səhvlərinizdən dərs çıxarın.
Hər gün ən az 1 yaxşılıq edin.
Danışdığınız insanla səmimi olun.
Fikirlərinizi açıq-aydın dilə gətirin.
Hər vəziyyətdə sakin olmağa çalışın.
Yerində, lazım olan cümlələrlə danışın.
Başqalarını tərifləyin. Ancaq qədərində.
Hər zaman dəqiq və mehriban səs tonu ilə danışın.
İnsanlarla ünsiyyət zamanı gülümsəməyi unutmayın.
Sizin səhvlərinizi deyən, düzəldən insanlarla dostluq edin.
Danışdığınız şəxslə dünyanın ən önəmli insanı kimi davranın.
Daim pozitiv ruh halında olun və bunu digər insanlara hiss etdirin.